Instagram influencerlərindən qadınlar, yoxsa kişilər çox qazanır? | Banco.az

Instagram influencerlərindən qadınlar, yoxsa kişilər çox qazanır?

Texnologiya inkişaf etdikcə sosial şəbəkələr daha da qloballaşır və bu şəbəkələrdən bir kütləyə müraciət etmək daha da asan olur. Bu şəbəkələrdən hər il daha çox populyarlaşmış olanı “Instagram”-dır. “Instagram” populyarlaşdıqca influencerlər yaranmağa başladı və fenomenal olmaları onlara xitab edə biləcəkləri kütlədən əlavə maddi qazanc da gətirdi.

2020-ci il statistikasına, əsasən “Instagram”da aşağıdakı influencerlər daha çox izləyici sayına çatıb. Bəs bu influencer siyahısında qadınlar, yoxsa kişilər çoxluq təşkil edir?

- Cristiano Ronaldo (@cristiano) – Dünyaca tanınmış futbolçu 238 milyon izləyiciyə sahibdir. İzləyicilərinin təqribi 65%-i real profillərdir. İzləyicilərinin 70%-i ingilis dillidir. Bir paylaşım üçün təxmin edilən qazancı $473,005 - $788,341 aralığındadır.

- Ariana Grande (@arianagrande ) – Amerikan müğənnisi, aktrisa və bəstəkar Ariana Grandenin izləyici sayı 199 milyon təşkil edir. Bir paylaşımına gələn ortalama şərh sayı 26 mindən çoxdur. Bir paylaşım üçün ortalama qazanc intervalı $395,589 - $659,315 ibarətdir.

- Kylie Jenner (@kyliejenner) – Amerikalı model və iş qadını olan Kylie 192 milyon izləyiciyə sahibdir. İzləyicilərinin təqribi 65%-i real və ingilis dilli profillərdir. Bir paylaşım üçün təxmin edilən qazancı $381,089 - $635,148 intervalındadır.

- Selena Gomez (@selenagomez) - ABŞ aktrisası, müğənni Selena Gomez 189 milyon izləyiciyə sahibdir. İzləyicilərinin təqribi 65%-i real profillərdir və 18-24 yaş aralığındakı şəxslərdir. Bir paylaşım üçün təxmin edilən qazancı $375,787 - $626,311 aralığındadır.

- Kim Kardaşyan (@kimkardashian) – Erməni əsilli Amerikan modeli, sahibkar Kim Kardaşyanın izləyici sayı 186 milyon təşkil edir. Paylaşımlarına gələn ortalama bəyənmə sayı 2 milyondan çoxdur. Bir paylaşım üçün qazancı $369,542 - $615,903 aralığından ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

- Leo Messi (@leomessi) – Argentina futbolçusu olan Messi 164 milyon izləyiciyə sahibdir. İzləyicilərinin çoxunu 18-24 yaş aralığında olan xanımlar təşkil edir. Bir paylaşım üçün təxmin edilən qazancı $326,549 - $544,249 intervalındadır.

- Kendall Jenner (@kendalljenner) – Amerikalı media şəxsiyyəti və model olan Kendallın izləyici sayı 137 milyon təşkil edir. İzləyicilərinin təqribi 66%-ini xanımlar təşkil edir. Bir paylaşım üçün təxmin edilən qazancı $273,594 - $455,990 intervalındadır.

Son statistikalara, əsasən belə nəticəyə gəlmək olar ki, kişi influencerlər qadınlardan daha çox qazanır.

facemark.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et