New York City’də keçirilən mətbuat konfransında İnstagram CEO’su Kevin Systrom İnstagram’ın yeni funksiyası olan “İnstagram Direct” haqda danışdı. O, bildirdiki, bu funksiya sayəsində insanlar artıq şəkillərini bir və ya seçilmiş bir neçə şəxsə göndərə biləcəklər. Baxmayaraq ki, şəkillər Snapchat’da olduğu kimi müəyyən müddət sonra silinməyəcək, amma bu yeni funksiya ilə İnstagram bir növ müvəqqəti şəkil paylaşım tədbiq etmələrinə öz sözünü demiş oldu. Systrom bildirdi ki,yeni ideya onun ve İnstagram’ın digər yaradıcısı Mike Krieger’in birgə fikri idi. Və bu yeni ideya heçdə Snapchata bənzəmir.
Funksiyanın istifadəsi çox sadədir. İstifadəçilər həmişəki kimi şəkil yükləyəcəklər, sadəcə bu şəkilləri bütün izləyicilərlə və ya seçdikləri özəl şəxslərlə paylaşmaq kimi alternativləri olacaq. Direct şəkillər İnstagram yeni əlave olunmuş inboxda görünəcək. İstifadəçilər yalnız onları izləyən şəxslərə də şəkil və video göndərəbilərlər. Sizə tanımadığınız şəxslər də şəkil və video göndərə bilər, sadəcə siz istəməsəniz onların təklifini rədd edə bilərsiz.
Directin əsas ideyası istifadəçilərin bütün dünya ilə deyil sadəcə istədikləri şəxs və ya kiçik qruplarla şəkillər paylaşa bilməsidir. Xüsusən, valideynlər uşaqların da orda olmasına görə özəl şəkillər paylaşa bilmirlər. Direct sayəsində bu problem də ortadan qalxacaq.
Direct vasitəsi ilə bir dəfəyə maksimum 15 şəxsə şəkil göndərə bilərsiz. Bunun səbəbi də, follow siyahınızda olan digər insanlara spamların getməsinin qarşısını almaqdır. Və eyni zamanda İnstagramı artıq İOS və Androd istifadəçiləri çox rahat şəkildə istifadə edə bilərlər.
Banco.az / Aytən Hacımuradova