Tamara Mustafayeva, Banco.az
Son dövrlərdə sürətlə populyarlaşan Clubhouse tətbiqinin audio söhbət funksiyasını hansı tanınmış sosial media nəhəngi öz platformasına əlavə edəcək deyə gözlədiyimiz bu günlərdə ilk addımı Instagram atıb. "Canlı Otaq" funksiyasını platformaya əlavə etdiyini elan edən Instagram canlı yayımlarda çıxış edə bilən istifadəçi sayını 4 nəfərə qədər artırıb.
Funksiyanı aktivləşdirmək üçün ilkin olaraq "Canlı Kamera" seçiminə klikləmək lazımdır. Daha sonra açılan pəncərədə başlıq yazmaqla "Otaqlar" yarlığını seçirsiniz. Bu zaman hansı istifadəçilərin sizinlə canlı yayım etmək istədiyini görəcəksiniz. Bununla yanaşı, siz özünüz də hər hansı istifadəçini əlavə edə bilərsiniz.
Qeyd edək ki, şirkət sözügedən funksiyanın bu həftə ərzində dünyadakı bütün istifadəçilərin ixtiyarına veriləcəyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!