Rabitəbankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia ilə müsahibə
Zəhmət olmasa özünüzü təqdim edin
- Salam! Mən Nikoloz Şurqaia, bankir və menecerəm. 41 yaşım var, ailəliyəm, iki qız atasıyam.
- Sizi Rabitəbank ilə birləşdirən dəyər nədir?
- Çox sevdiyim işimdən əlavə, idmanla məşğul oluram (üzgüçülük, tennis, xizək sürmək və s.), həmçinin mütaliə və müasir incəsənəti də bəyənirəm.
2012-ci ilin sonlarından Rabitəbankın dəyərlərinin formalaşmasında əqli cəhətdən iştirakım olub. Bu çox müsbət xatirədir. Mən Rabitəbank-ın dəyərlərini tamamilə paylaşıram - məsuliyyətlik, şəffaflıq, komanda işi, səmərəlilik və qətiyyət.
Obyektiv və dürüzt insan olmaq və yerləşdiyim ətraf mühitin rifahının yaxşılaşdırmaq və inkişafına təkan vermək üçün əlimnən gələni edirəm.
- Həyatınızda bir mütəxəssis kimi formalaşmağınıza öz təsirini göstərən bir hadisə olub?
- Müsbət hadisələr və uğurlar çox olub. Mən çox insanlara və taleyimə uzadılmış ələ görə öz minnətdarlığımı bildirirəm . Bir epizodu yada salmaq istərdim. 1997-ci ildə cavan mütəxəssis olduğum və məsuliyyətli vəzifəyə təyin olunduğum halda Edvard Daem, Avropa və İnkişaf Bankının təcrübəli mütəxəssisi ilə tanış oldum. Edvard mən işlədiyim bankda konsultasiya xidmətləri göstərirdi. Növbəti il ərzində biz bir yerdə Birləşmiş Gürcüstan bankının “Kredit Kitabçası”nın inkişafı üçün işləyirdik. Professional nöqteyi baxımdan mən Edvardan çox şeyi öyrəndim və ən əsası, yaxşı biznes etika və insanlıq nümunəsini öyrəndim. Bu keyfiyyətlər məni təkmilləşməyə və zamanla beynəlxalq bankir kimi formalaşmaqda kömək oldu.
- İşdən əlavə nə ilə məşğul olmağı sevirsiniz?
- İşdən əlavə vaxtım çox az olur. Mən boş vaxtlarımı ailəm və dostlarımın əhatəsində keçirməyi xoşlayıram. Həmçinin idman mənim həyatımın ayrılmaz tərkib hissəsidir. Digər şeylər ilə imkan olduğu halda məşğul oluram.
- Gənclərə karyera pilləsi ilə yüksəlmək üçün nə etməyi məsləhət görərdiniz?
- Öz üzərində yorulmadan çalışmaq və harmonik inkişaf haqqında unutmamaq lazımdır.
Öz üzərinizdə çalışmaq deyərkən, iş bacarıqlarının, həm də özünüinkişaf prosesinin yüksəlməsi və effektivliyinin artırmasına gətirib çıxaran professional vəzifələrimi yaxşı cəhətdən yerinə yetirməmi nəzərdə tuturam .
- İdman - bədən və ruhun möhkəmləndirilməsi üçün vacibdir;
- Oxu və dərrakə (elmin, dilin) – intellektin və professional keyfiyyət inkişafına;
- ruhun inkişafı - (yüksəyə və təmiz olana can atmaq ) – sizə ruh sakitliyi verir və bərabərlik;
- insanlarla ünsiyyət – istilik və sevginin alınması üçün əvəzedilməzdir.
Hər birinizə həyat və karyeranızda uğurlar arzu edirəm!