"İnsanların çoxu 65 yaşdan sonra da işləmək istəyir" | Banco.az

"İnsanların çoxu 65 yaşdan sonra da işləmək istəyir"

Milli Məclisin yaz sessiyasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər müzakirə olunacaq. 

Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq.

Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq.  

Millət vəkili Musa Quliyev deyir ki, Azərbaycanda insanların əksəriyyəti 65 yaşa qədər, hətta ondan sonra da işləmək istəyir: 

Ən sərfəli kredit üçün müraciət et

“Buna görə də pensiya yaşının 65-ə çatdırılması qərara alınıb. Dünyanın bir çox ölkələrində pensiya yaşı 65-dir”. 

“İnsanların pensiyaya çıxması öz istəyindən, səhhətindən, bağladığı əmək müqaviləsindən asılı olacaq. Buna görə də hər il 6 ay artırılması çox doğru məsələdir. İnsanlar psixoloji cəhətdən bu işə hazırlanırlar. Bu, yaxşı düzəlişdir”, - deyə o bildirib.

©Sputnik Azərbaycan