İnsanlar "Halloween" bayramında rekord məbləğdə pul xərclədilər | Banco.az

İnsanlar "Halloween" bayramında rekord məbləğdə pul xərclədilər

Tamara Mustafayeva, Banco.az

Pandemiya səbəbindən bir il fasiləli qeyd edilən Hellouin ("Halloween"), yəni müasir balqabaqlar bayramında rekord məbləğdə pul xərclənib. Konsepsiyalı şənliklər, ev dəvətləri və küçə paradlarında iştirak edənlər şəhərləri nəhəng kostyum şənliyinə çeviriblər.

Pumpkin

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ənənəvi bayram xarakterindən uzaqlaşıb artıq beynəlxalq miqyasda əyləncə vasitəsinə çevrilmiş, kökləri Şotland xalqına gedib çıxan Hellouin ötən il pandemiyaya görə qeyd edilməmişdi. Vaksinasiya prosesi ilə birlikdə sosial həyata yenidən inteqrasiya edilməsi bu ilki bayramı tarixin ən böyük mərasiminə çevirib. 

Belə ki, təkcə ABŞ-da 10 milyard dollardan çox pul xərclənib ki, 2019-cu ildə bu göstərici 8 milyard dollar idi.

ABŞ Milli Pərakəndə Federasiyası tərəfindən yayımlanan hesabata görə, bu ilki bayram mənzərəsi belədir:

Yetkinlərin 65%-i bayram şənliklərinə qoşulub ki, 2019-cu ildə bu göstərici 68% idi. Uşaqlı ailələrdə iştirak nisbəti 82%-dirsə, uşaqsız ailələrdə bu göstərici 55% qeydə alınıb. Kostyum və bəzək əşyaları üçün adambaşına düşən məbləğ 102 dollar hesablanıb ki, uşaqlı ailələrdə bu rəqəm 149 dollara çatıb. Hellouin bəzəkləri üçün 3.1 milyard dollar, uşaqlara paylanan şirniyyatlara isə 3 milyard dollar xərclənib. Kostyumların ümumi dəyəri isə 3.3 milyard dollar hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilki bayramın kostyumları üçün ilham mənbəyi, əsasən "Netflix"in populyar serialı "Squid Game" olub.

Xatırladaq ki, hər il 31 oktyabr tarixində qeyd edilən Hellouin bayramı Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında hazırlanmışdır. Hazırda ölkəmiz də daxil olmaqla dünyanın əksər yerlərində keçirilən bu bayram, başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, Okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox dünya ölkələrində təntənəli şəkildə keçirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et