İnsanlar ən çox hansı bankdan istehlak krediti götürürlər? | Banco.az

İnsanlar ən çox hansı bankdan istehlak krediti götürürlər?

İstehlak krediti fiziki şəxslərin fərqli məqsədlər üçün bankdan əldə etdiyi kreditin bir növüdür. Fərqli məqsədlər dedikdə, bunlara hər hansı əşya və ya avtomobil almaq, mənzili təmir etdirmək, təhsil xərclərini ödəmək və s. digər xərcləri ödəmək daxildir. İstehlak kreditlərini həm nağd şəkildə, həm də kredit kartı, yəni nağdsız şəkildə əldə etmək mümkündür. Əlavə olaraq, bankların fevral mayı üçün təklif etdiyi nağd kreditlərburadan ətraflı tanış ola bilərsiniz.

Bu dəfəki cədvəlimizdə 2021-ci il ərzində bankların istehlak kreditlərinin həcmi əks olunub. Bu göstəricilər təkcə bankın kredit şərtlərindən, xüsusilə də kredit faizlərindən formalaşmır. Bu rəqəmlər, həmçinin bankın marketinq siyasətindən və xidmət səviyyəsindən də asılı olaraq dəyişir. Siyahı 1,6 milyard manatla - Kapital Bankla başlayır. Bu isə onun kredit portfelinin 60%-ni təşkil edir. Lakin kredit portfelində istehlak kreditinin payına əsasən isə Bank of Baku 67%-lə ilk yerdədir. Bankların kredit portfeli ilə buradan məlumat əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et