İnsana qarşı maşın: Süni intellekt CEO olacaq? | Banco.az

İnsana qarşı maşın: Süni intellekt CEO olacaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Süni intellekt ilə korporativ liderlik arasında sürətlə inkişaf edən kəsişmədə yeni suallar yaranıb.

Hazırda mütəxəssisləri düşündürən məsələlərdən biri də süni intellektin CEO-nun yerinə keçə biləcəyi ilə bağlıdır.

Banco.az-ın məlumatına görə,  hazırda bir çoxları üçün qəribə görünsə də gələcəkdə süni intellektin idarəetmənin ən yüksək səviyyələrinə daxil edilməsi prosesi artıq başlayıb. Belə bir təcrübəni “NetDragon Websoft” şirkəti tətbiq edib. 

Süni intellektə malik robot  şirkətin günlük əməliyyatlarında, qərarların verilməsinə dəstək olmağa çalışmaqla bərabər yüksək nəticələr göstərib. Bununla da şirkətin dəyəri bir milyardın üzərinə çatıb.
Oxşar şəkildə, Polşa içki şirkəti, dünyanın ilk Aİ-insan bənzər robot CEO-su olan Mika-nı təyin etməklə uğur qazanıb.
Kritik layihələrin rəhbərliyini və artımı dəstəkləmək üçün hazırlanmış olan Mika analitik qərar qəbul etmə imkanlarına malikdir. 
Hazırda dünyanın müxtəlif yerlərində CEO-ları narahat edən məsələlərdən biri də onları əvəz edəcək robotlarla bağlıdır. Bu robotlar geniş məlumat  bazasına malik olmaqla bərabər dəyərli iş vərdişləri yaratma qabiliyyətinə də sahibdirlər. Xüsusən də  strateji qərarların verilməsində süni intelektlə təchiz edilmiş robotların işi əvəzsizdir. 
Ekspertlərin qənaətinə görə, süni intellekt CEO-nun yerini əvəz edə bilər, amma ənənəvi mənada deyil. 
Gələcəkdə isə Aİ-ni CEO vəzifələrinə inteqrasiya etmək “C-suite” bacarıqlarını artırmaqla bərabər yeni bir korporativ idarəçilik dövrünün açılmasına gətirib çıxaracaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram