İnşaat və tikinti sektoruna kredit qoyuluşları 12%-dək artıb | Banco.az

İnşaat və tikinti sektoruna kredit qoyuluşları 12%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuş kreditlərin həcmi 1 milyard 324 milyon manat təşkil edib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 0,9% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 139.6 milyon manat və ya 11,8% çoxdur.

2025-ci ilin fevralın əvvəlində bu sektora kredit qoyuluşları 1 milyard 184.4 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram