Müəllif:Mehin Qasımova/Banco.az
İnkişaf etmiş ölkələrin dövlət borcu 15 ildə iki dəfə artaraq 54 trilyon dollara çatıb.
Banco.az xəbər verir ki,bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatları sübut edir.
2008-ci ildən bəri dövlətlərin ümumi borcu iki dəfə artaraq 30 trilyon dollar artıb. OECD bu il borcun daha da artacağını və 56 trilyon dollara çatacağını proqnozlaşdırır.
Ümumi dövlət borcunun yarıdan çoxu ABŞ-ın payına düşür - təxminən 30 trilyon dollar. Vaşiqtonun ən böyük kreditorları Yaponiya və Çindir.2023-cü ildə borcun 20 faizi Avroa İttifaqının ,16 faizi Yaponiyanın və 6 faizi Böyük Britaniyanın borcudur.Təşkilat 2024-cü ildə bu rəqəmin 84 faizə çatacağını gözləyir.
Eyni zamanda, müxtəlif ölkələrdə dövlət borcunun ÜDM-ə nisbəti fərqli şəkildə dəyişib. Belə ki, ABŞ-da dövtlər borcu ötən il 3 faiz artaraq 123 faizə yüksəlib, Yaponiya, Portuqaliya və İspaniya da isə əksinə, azalıb. OECD vurğulayıb ki, dövlət istiqrazlarının təxminən 40 faizi və korporativ istiqrazların 37 faizi növbəti üç il ərzində ödənilməlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!