Müəllif - Aida İsaq, Banco.az
İnkişaf etmiş ölkələr cari ildə iqlimin qorunmasına 100 milyard dollar ayıra bilər.
Banco.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, alman hakimiyyəti qlobal iqlimin maliyyələşdirilməsinə öz töhfəsini ən azı 6 milyard avroya çatdırmaq niyyətindədir. Onun sözlərinə görə, müvafiq maliyyə vəsaiti dünyanın hava şəraitini keyfiyyətcə yaxşılaşdırmaq və ətraf mühitdə karbon qazı emissiyasını azaltmaq üçün kifayət etməyəcək. Bu məqsədlərə nail olmaq üçün bir neçə trilyon dollar ayırmaq lazımdır. Eyni zamanda, belə proqramların maliyyələşdirilməsində Dünya Bankı böyük rol oynamalıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!