İnkişaf etməkdə olan ölkələrin iqlim hədəfləri üçün zəruri investisiyanın məbləği bəlli olub | Banco.az

İnkişaf etməkdə olan ölkələrin iqlim hədəfləri üçün zəruri investisiyanın məbləği bəlli olub

Müəllif - Aida İsaq, Banco.az

Paris sazişində müəyyən edilmiş iqlim hədəflərinə nail olmaq üçün inkişaf etməkdə olan ölkələr üçün 2030-cu illərin birinci yarısına qədər hər il 2,8 trilyon dollar bərpa olunan enerji investisiyası tələb olunur.

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb. Məlumata görə, təmiz enerji sərmayələri 2022-ci ildə 770 milyard dollar təşkil edib. Bildirilir ki, xərclərin proqnozlaşdırılan artımını qarşılamaq üçün həm dövlət, həm də özəl sektor vasitəsilə maliyyələşdirməyə ehtiyac var.

Beynəlxalq Enerji Agentliyi və Beynəlxalq Maliyyə Korporasiyasının inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün təmiz enerji ilə bağlı hesabatında bildirilir ki, Çindən başqa müvafiq layihələr üçün maliyyənin üçdə ikisi özəl sektordan gəlməlidir. Hesabata görə, hazırda ildə 135 milyard dollar olan təmiz enerji üçün özəl maliyyələşdirmə növbəti on ildə 1,1 trilyon dollara qədər yüksəlməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram