"İnkişaf etməkdə olan bazarların dövrü başlayır" | Banco.az

"İnkişaf etməkdə olan bazarların dövrü başlayır"

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Morgan Stanley”ə görə, artıq inkişaf etməkdə olan bazarların dövrü başlayıb.

Banco.az xəbər verir ki, “Morgan Stanley Investment Management” bu onilliyin qalibinin inkişaf etməkdə olan bazar səhmləri olacağını proqnozlaşdırıb.

Bildirilib ki, ABŞ bazarları ilə müqayisədə inkişaf etməkdə olan ölkələr üçün müsbət gözləntilər artır.

“Morgan Stanley Investment Management”in İnkişaf etməkdə olan Bazarlar üzrə Araşdırma Meneceri Citaniya Kandhari inkişaf etməkdə olan bazar səhmlərinin cəlbedici qiymətləndirmələrə sahib olduğunu və Hindistan kimi ölkələrin ABŞ-dan daha yaxşı inkişaf edəcəyini söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

O, qeyd edib ki, hər on ildən bir bazarın rəhbəri dəyişir ki, 2010-cu illərdə bu rəhbər ABŞ səhm birjası və nəhəng texnoogiya şirkətləri idisə, qarşıdakı on illikdə isə inkişaf etməkdə olan ölkə birjaları üçün perspektivlər yüksəkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et