İnkişaf etməkdə olan 4 ölkə beynəlxalq ödəniş sistemi yaradır | Banco.az

İnkişaf etməkdə olan 4 ölkə beynəlxalq ödəniş sistemi yaradır

"Milli ödəniş sistemimiz olmadığına görə maliyyə bazarlarımız şoklara və manipulyasiyalara qarşı dayanıqsızdır. Bunun qarşısını almaq üçün Rusiya, Çin və Braziliya ilə birlikdə alternativ beynəlxalq ödəniş sistemi üzərində işləyirik."

Bunu Malaziyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Kuala-Lumpurda keçirilən sammitdə çıxış edən dövlət başçısı 20 müsəlman ölkənin rəsmilərinə ticarət əməliyyatlarını ABŞ dolları əvəzinə milli valyuta ilə aparmağı təklif edib.

"Ticarət müharibələrinin getdiyi bir vaxtda milli valyutalarla ticarət əməliyyatları aparmaq mühüm əhəmiyyət kəsb edir. Bu sahədə müsəlman ölkələri ilə də əməkdaşlıq etməyə hazırıq" -deyə o, bildirib.

Report.az