İngiltərəyə gələn miqrantların sayı rekord vurub | Banco.az

İngiltərəyə gələn miqrantların sayı rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il İngiltərəyə gələn miqrantların xalis sayı rekord həddə çatıb.

Banco.az xəbər verir ki, Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, 2022-ci ildə İngiltərədə xalis miqrant sayı 606 min nəfərlə rekord qırıb.

Statistika İdarəsinin açıqlamasında qeyd olunub ki, sözügedən miqrantlar əsasən Böyük Britaniyaya Avropa İttifaqı (Aİ) xaricindən işləmək və ya təhsil almaq üçün gələnlər ilə Ukrayna və Honkonqdan xüsusi viza proqramları ilə gələnlərdən ibarətdir.

Göstəricilərin elan edilməsindən sonra müsahibə verən İngiltərə Baş naziri Rişi Sunak bu nəticələrin “çox yüksək" olduğunu və xalis miqrasiyanı azaltmaq istədiklərini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et