İngiltərənin iki ölkə ilə azad ticarət razılaşması qüvvəyə minir | Banco.az

İngiltərənin iki ölkə ilə azad ticarət razılaşması qüvvəyə minir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyanın Avstraliya və Yeni Zelandiya ilə azad ticarət razılaşması qüvvəyə minir.

Banco.az xəbər verir ki, ingilis hökumətinin bəyanatına görə, Böyük Britaniyanın Brexitdən sonra Avstraliya və Yeni Zelandiya ilə yenidən müzakirə etdiyi azad ticarət razılaşmaları hər üç ölkədə 31 may 2023-cü il gecəsindən qüvvəyə minəcək.

Bəyanatda qeyd olunub ki, azad ticarət razılaşmalarının uzunmüddətli perspektivdə Avstraliya ilə ikitərəfli ticarəti 53 faiz, Yeni Zelandiya ilə isə 59 faiz artıracağı proqnozlaşdırılır.

Qeyd edilir ki, hər iki ticarət müqaviləsində İngiltərənin bütün ixrac mallarına tətbiq edilən gömrük rüsumu ləğv edilir və bu da istehsalçılara daha rəqabətqabiliyyətli ixrac etməyə imkan verəcək, rəqəmsal ticarət bürokratiyasını asanlaşdıracaq və ingilis mütəxəssislərinin bu ölkələrdə yaşayıb işləməsini asanlaşdıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak kral III Çarlzın tacqoyma mərasimi üçün ölkəsində səfərdə olan Avstraliyanın Baş naziri Entoni Albanese və Yeni Zelandiyanın Baş naziri Kris Hipkinslə bu gün görüş keçirəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et