Müəllif: Tamara Mustafayeva, Banco.az
“British Gas” şirkəti ilk yarımildə mənfəətini iki dəfə artırıb.
Banco.az xəbər verir ki, Böyük Britaniyanın ən böyük enerji təchizatı şirkəti olan “British Gas”in bu ilin birinci yarımilliyində mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 900 faiz artaraq 969 milyon funt sterlinqə çatıb.
“British Gas”in də daxil olduğu “Centrica” şirkətinin açıqladığı ilk yarımillik maliyyə göstəricilərinə görə, enerji təchizatçısının bu dövrdəki qazancı kəskin artım göstərib. Belə ki, ötən eyni dövründə 98 milyon funt sterlinq olan şirkətin mənfəəti bu il təxminən 900% artaraq 969 milyon funt sterlinqə yüksəlib.
Qeyd edək ki, ölkədə 10 milyon müştərini enerji ilə təmin edən şirkətin mənfəətindəki bu nisbətdə böyük artım. əsasən enerji böhranına qarşı tətbiq edilən qiymət həddi dövrünün payına düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!