İngiltərənin bu aviaşirkəti iflasa uğrayıb | Banco.az

İngiltərənin bu aviaşirkəti iflasa uğrayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyanın “Flybe” aviaşirkəti bütün reysləri ləğv edib.

Banco.az xəbər verir ki, bir vaxtlar Avropanın ən böyük müstəqil regional hava yolu şirkəti olan “Flybe” ikinci dəfə müflis olub. 

İngiltərə Mülki Aviasiya Təşkilatından verilən açıqlamada bileti olan sərnişinlərin digər hava yolu şirkətləri, dəmir yolu və ya avtobus şirkətləri ilə alternativ səyahət planı qurmaları lazım bilinib.

Xatırladaq ki, ilk dəfə 2020-ci ildə iflasa uğrayan “Flybe” ötən il 23 marşrut xətti üzrə 530-a qədər uçuş planı ilə yenidən fəaliyyətə başlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et