İngiltərənin Breksitdən sonrakı ilk azad ticarət sazişləri qüvvəyə minir | Banco.az

İngiltərənin Breksitdən sonrakı ilk azad ticarət sazişləri qüvvəyə minir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyanın Breksitdən sonrakı ilk azad ticarət sazişləri bu gün qüvvəyə minir.

Banco.az xəbər verir ki, ingilis hökumətinin bəyanatına görə, Avstraliya və Yeni Zelandiya ilə imzalanmış azad ticarət sazişləri bu gecədən etibarən qüvvəyə minəcək.

İngiltərənin Avropa İttifaqından ayrılması hadisəsindən (Breksit) sonrakı ilk sərbəst ticarət sazişləri olan bu müqavilələr çərçivəsində sözügedə iki ölkəyə ixrac edilən bütün mallar üçün gömrük rüsumları ləğv ediləcək.

Müqavilələrin ölkələr arasında rəqəmsal ticarəti artıracağı, eyni zamanda ingilis istehlakçıları üçün daha rəqabətli qiymətlər yaradacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, azad ticarət sazişləri ilə İngiltərənin Avstraliya ilə ikitərəfli ticarətinin 53 faiz, Yeni Zelandiya ilə isə 59 faiz artacağı proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et