İngiltərənin Baş naziri süni intellektlə bağlı xəbərdarlıq edib | Banco.az

İngiltərənin Baş naziri süni intellektlə bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərənin Baş nazirindən süni intellektlə bağlı xəbərdarlıq: “Təcili tədbirlər görülməlidir.”

Banco.az xəbər verir ki, İngiltərənin Baş naziri Rişi Sunak və ABŞ prezidenti Co Bayden ikitərəfli görüşdən sonra Ağ Evdə birgə mətbuat konfransı keçiriblər.

Sunak süni intellektin təhlükələrinə diqqət çəkərək bu məsələdə təcili tədbirlər görməyin zəruriliyini vurğulayıb.

Süni intellektin yarada biləcəyi təhlükələr mövzusunda İngiltərə ilə əməkdaşlıq edəcəklərini açıqlayan Bayden isə bəşəriyyət tarixində süni intellektin təklif etdiyi qədər fundamental texnoloji dəyişiklik potensialının olmadığını düşündüyünü dilə gətirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram