Müəllif: Tamara Mustafayeva, Banco.az
“HSBC” Kanadadakı əməliyyatlarını 10 milyard dollara Kanada Kral Bankına təhvil verir.
Banco.az xəbər verir ki, Britaniyanın aparıcı banklarından olan “HSBC” Kanadadakı əməliyyat hüququnu 10 milyard dollar nağd pul müqabilində ölkənin ən böyük bankı Kanada Kral Bankına (Royal Bank of Canada) təhvil vermək üçün razılığa gəldiyiklərini açıqlayıb.
Əməliyyatların 2023-cü ilin sonuna qədər tamamlanacağı və “HSBC”yə 5,7 milyard dollar mənfəət gətirəcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən qərar “HSBC”nin ən böyük səhmdarı “Ping An”ın banka fəaliyyətini yaxşılaşdırması üçün təzyiq göstərməsindən sonra qəbul edilib. Odur ki, bank resurslarını mərkəzi bazarlara yönəltmək strategiyasını həyata keçirməyə başlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!