İngiltərədə vergilərin əsaslı artımı gözlənilir | Banco.az

İngiltərədə vergilərin əsaslı artımı gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Sunak hökumətinə görə, britaniyalıların daha çox vergi ödəmələri labüddür.

Banco.az xəbər verir ki, Britaniyanın yeni Baş naziri Rişi Sunak və maliyyə naziri Ceremi Hant vergi artımı üzrə sərt qərarların da qəbul edilməsi ilə bağlı razılığa gəliblər.

Baş nazir Rişi Sunak və maliyyə naziri Ceremi Hant dünənki görüşdə 17 noyabr tarixində elan ediləcək iqtisadi planın bir hissəsi olan vergi və xərcləmə məsələlərini müzakirə ediblər.

Böyük Britaniya hökuməti bu görüşdən sonra bildirib ki, bütün Britaniya əhalisi ölkənin maliyyə qara dəliyini düzəltmək üçün yaxın illərdə daha çox vergi ödəməli olacaqlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram