İngiltərədə pərakəndə satışlar gözləniləndən çox artıb | Banco.az

İngiltərədə pərakəndə satışlar gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada pərakəndə satışlar sentyabr ayında 0,3 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatlarına görə, pərakəndə satışlar avqustda qeydə alınan 1 faizlik artımdan sonra sentyabr ayında da eyni templə davam edib.

Məlumatlara görə, ölkədə pərakəndə satışlar ötən ay 0,3 faiz artıb. Satışların 0,3 faiz azalacağı gözlənilirdi.

Kompüter və telekommunikasiya satışlarındakı güclü artım ərzaq məhsulları satışının azalması ilə balanslaşdırılıb.

İyul-sentyabr aylarını əhatə edən rübdə isə pərakəndə satışlar əvvəlki üç aylıq dövrlə müqayisədə 1,9 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sentyabr ayında pərakəndə satışların proqnozları üstələməsindən sonra ölkənin rəsmi valyutası olan funt sterlinq 2022-ci ilin aprelindən bəri avro qarşısında ən yüksək səviyyəsinə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et