İngiltərədə pərakəndə satışlar azalıb | Banco.az

İngiltərədə pərakəndə satışlar azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada pərakəndə satış həcmi ötən ay 0,3 faiz azalıb.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsi (ONS) pərakəndə satış statistikasını dərc edib.

Statistiki məlumatlar göstərir ki, ölkədə pərakəndə satışlar oktyabr ayında 0,3 faiz nisbətində azalıb.

Avqust-oktyabr aylarını əhatə edən üç aylıq dövrdə isə pərakəndə satışlar əvvəlki üç aylıq dövrə görə 1,1 faiz geriləyib.

Oktyabr ayında ölkədə pərakəndə satışın geriləməsinə səbəb olan ən böyük amillərdən biri yanacaq satışının azalması olub. Belə ki, qiymət artımının təsiri ilə yanacağın satışı oktyabrda 2 faiz, son üç ayda isə 0,7 faiz azalıb.

Qeyd edək ki, oktyabrda ərzaq satışlarında azalma 0,3 faiz olarkən, qeyri-ərzaq mallarının pərakəndə satışlarında da 0,2 faiz azalma müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Pərakəndə satıcıların fikrincə, satışların azalmasına yaşayış böhranı və rütubətli hava şəraiti təsir edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et