İngiltərədə pərakəndə satış həcmi ötən əsrin sonları ilə eyni səviyyəyə çatdı | Banco.az

İngiltərədə pərakəndə satış həcmi ötən əsrin sonları ilə eyni səviyyəyə çatdı

Tamara Mustafayeva, Banco.az

İngiltərədə pərakəndə satış həcmi üzrə 1996-cı ildən bəri müşahidə olunmayan ən uzun müddətli geriləmə tendensiyası qeydə alınıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İngiltərədə pərakəndə satışlar ardıcıl olaraq dördüncü aydır ki, azalmaqdadır. Belə ki, yoluxma sayının artması səbəbindən ölkədə pərakəndə satış həcmi avqust ayında da aşağı düşüb. Mağaza və marketlərdə alqı-satqı prosesi kəskin geriləyib, avtomobil satışları istisna olmaqla ümumi satış həcmi 1,2% azalıb.

İngiltərə Milli Statistika Komitəsinin məlumatına görə, ölkədə ötən ay pərakəndə satışlar 0,9% azalıb. Ekspertlərin median proqnozu isə 0,5% artım olacağına işarə edirdi.

Xatırladaq ki, İngiltərədə avqust ayı üzrə istehlakçı qiymət indeksi illik əsasda 3,2%-lik göstərici ilə ötən 9 ilin maksimumuna yüksəlmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Plastik kartlardan istifadənin azalması, kafe və restoranlarda aktivliyin aşağı düşməsi və mağazalarda alış-verişin geriləməsi bu ay da ölkədə istehlakçı xərclərinin azalacağını göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et