İngiltərədə nəm salfetlər qadağan edilə bilər | Banco.az

İngiltərədə nəm salfetlər qadağan edilə bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Britaniya hökumətinin planlarına görə, bu ölkədə gündəlik həyatın müxtəlif sahələrində geniş istifadə olunan yaş salfetlər mağaza rəflərindən yoxa çıxa bilər.

Banco.az xəbər verir ki, krallıqda hər il 300 minə yaxın kanalizasiya tıxanması baş verir ki, bunun da 75%-i tərkibində plastik liflərin olması səbəbindən yuyulduqda parçalanmayan yaş salfetlər səbəb olur. “Water UK”-ə görə, bu problemlərin həlli ölkəyə ildə 100 milyon funt-sterlinqə (təxminən 115 milyon avro) başa gəlir. Bundan əlavə, yaş salfetlər dənizlərin və çayların çirklənməsinin əsas səbəblərindən biridir - onlar heyvanların bədənində ilişib qalır və bu da onların ölümünə səbəb olur.

Qeyd edək ki, bu gigiyena məhsullarına qadağa 2018-ci ildən müzakirə olunur. Yeni qaydalar bu addıma geniş ictimai dəstək göstərən məsləhətləşmələr və sorğulardan sonra gəldi. 2021-ci ildə Böyük Britaniya sakinlərinin 90%-dən çoxu qadağanın tərəfdarı olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et