Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərədə mənzillərin qiyməti 14 ilin ən kəskin ucuzlaşmasına imza atıb.
Banco.az xəbər verir ki, Böyük Britaniyada mənzillərin qiymətinin ötən ay 3,8 faiz ucuzlaşdığı bəlli olub.
Bu barədə “Nationwide” mənzil maliyyə təşkilatı məlumat yayıb.
Məlumatda cari ilin iyul ayında ölkədə mənzil qiymətlərinin aylıq 0,2 faiz azaldığı, bir evin orta qiymətinin isə bu azalma ilə 260 min 828 funt sterlinqə endiyi bildirilib.
Xatırladaq ki, İngiltərə Mərkəzi Bankı inflyasiyanın may ayında 8.7 faizdə sabit qalmasından sonra uçot dərəcəsini 50 baza bəndi artıraraq 4,50 faizdən 5 faizə çatdırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!