İngiltərədə mənzil sektoru ötən ay daralma göstərib | Banco.az

İngiltərədə mənzil sektoru ötən ay daralma göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə mənzil sektoru ötən ay daralma göstərib.

Banco.az xəbər verir ki, “S&P Global”/”CIPS” tərəfindən dərc edilən məlumatlara görə, ölkədə tikinti sektorunun Satınalma Menecerləri İndeksi (PMI) bu ilin noyabr ayında 45,5 punkt hesablanıb.

Proqnozlar 46,3 punkt istiqamətində idi.

Beləliklə, ölkədə tikinti sektoru PMI məlumatlarında daralma son üç ayda da davam edib. Əvvəlki ayda (oktyabrda) mənzil sektoru PMI göstəricisi 45,6 punt idi.

Məlumat üçün qeyd edək ki, PMI məlumatlarında 50 səviyyəsindən yuxarı göstərici sektorda artım, aşağı göstərici isə daralma kimi şərh edilir.

Ən sərfəli kredit üçün müraciət et

“S&P Global”/”CIPS”in bəyanatına görə, sorğu respondentləri mənzil tikintisi layihələrində fasilələr və əlverişsiz bazar şərtləri səbəbindən fəaliyyətdə ümumi yavaşlama olduğunu qeyd ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et