Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərədə ev kirayəsi orta hesabla 8,6 faiz artaraq 1319 funt sterlinqə çatıb.
Banco.az xəbər verir ki, iyul ayında İngiltərədə ev kirayəsi illik müqayisədə 8,6 faiz artıb.
İngiltərə Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, ölkədə mənzil kirayəsi orta hesabla 1319 funt sterlinq olub. Mənzil kirayəsi Uelsdə 7,9 faiz artaraq 748 funt sterlinqə, Şotlandiyada isə 8,2 faiz artaraq 965 funt sterlinqə çatıb.
Şimali İrlandiyada may ayı üzrə ən son məlumatlara görə, bu dövrdə ev kirayəsinin ortalama artımı illik 10 faiz təşkil edib.
Regionlar üzrə ən yüksək artım 9,7 faizlə Londonda qeydə alınıb.
İngiltərədə orta ev qiymətləri isə iyun ayında 2,7 faiz artaraq 288 min funt sterlinqə çatıb. Orta ev qiyməti İngiltərədə 305 min funt sterlinq, Uelsdə 216 min funt sterlinq, Şotlandiyada 191 min funt sterlinq olaraq hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!