İngiltərədə maaşlar gözləniləndən çox artıb | Banco.az

İngiltərədə maaşlar gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə maaşlar gözləniləndən çox artıb, işsizlik səviyyəsi geriləyib.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) əmək bazarı məlumatlarına görə, ölkədə məşğulluq səviyyəsi ötən ilin son rübündə əvvəlki üç aylıq dövrlə müqayisədə 0,2 faiz artaraq 75 faizə çatıb.

Sözügedən dövrdə işsizlik nisbəti 0,2 faiz azalaraq 3,8 faiz təşkil edib. Ötən ilin son rübündə işsizlik nisbəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə isə dəyişməz qalıb.

Böyük Britaniyada işçilərin bonuslar nəzərə alınmadan müntəzəm maaşları ötən ilin son rübündə illik əsasda 6,2 faiz artıb. Proqnozlar 6 faiz artıma işarə edirdi. Bonuslar da daxil olmaqla illik orta əmək haqqı artımı həmin dövrdə 5,8 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Maaşlarda ən yüksək illik artım 7,2 faiz ilə topdansatış, pərakəndə satış, otel və restoran sektorlarında qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et