Müəllif:Ayşən İmanova/Banco.az
İngiltərədə üzərində Kral Çarlzın portreti olan 5, 10, 20 və 50 sterlinliqlər dövriyyəyə buraxılıb.
Banco.az xəbər verir ki, bu barədə İngiltərə Bankının (BoE) məlumatında deyilir.
Məlumata görə, II Elizabetin portreti olan əskinaslar ödəniş vasitəsi kimi istifadə olunmağa davam edəcək. Köhnəlmiş pul nişanlarını əvəz etmək və əskinaslara olan ümumi tələbatı ödəmək üçün yeni əskinaslar buraxılacaq. Buna görə də Kral Çarlzın portreti olan yeni əskinasların yayılmasının kifayət qədər yavaş olacağı gözlənilir.
Bununla belə, hakimiyyət yeni əskinas almaq istəyənlərə iyunun 30-dək köhnələrini dəyişməyə icazə verib. Britaniya mərkəzi bankı bildirib ki, bir nəfər 300 funt-sterlinqdən çox olmayan nağd pul dəyişdirə biləcək.
Qeyd edək ki, Kral Çarlzın portreti olan ilk əskinaslar ötən il çap edilib. Əskinaslarda əks olunan Kral Çarlzın portreti 2013-cü ildə çəkilmiş bir fotoşəkilə əsaslanır.
Bizi sosial şəbəkələrdən izləyin!!