İngiltərədə işsizlik səviyyəsi iyul ayından bəri ilk dəfə artıb | Banco.az

İngiltərədə işsizlik səviyyəsi iyul ayından bəri ilk dəfə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə işsizlik nisbəti 2023-cü ilin noyabr-2024-cü ilin yanvar aylarını əhatə edən dövrdə 3,9 faizə çatıb.

Banco.az xəbər verir ki, bu vəziyyət məşğulluq bazarının soyuduğunu və inflyasiya təzyiqlərinin azaldığını göstərir.

Britaniya Milli Statistika İdarəsinin məlumatına görə, 2023-cü ilin noyabrından 2024-cü ilin yanvarına qədər olan 3 aylıq dövrdə işsizlik nisbəti 3,9 faiz təşkil edib.

Xatırladaq ki, 2023-cü ilin oktyabr-dekabr dövründə işsizlik 3,8 faiz təşkil edib.

Ölkə üzrə işçilərin əməkhaqlarında isə bonuslar nəzərə alınmadan illik 6,1 faiz, bonuslar da daxil olmaqla 5,6 faiz artım qeydə alınıb. Ən çox əməkhaqqı artımı müşahidə edilən sektorlar isə 7,2 faiz ilə otellər, restoranlar, topdan və pərakəndə satış sektorları olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et