İngiltərədə işsizlik səviyyəsi gözlənilmədən aşağı düşüb | Banco.az

İngiltərədə işsizlik səviyyəsi gözlənilmədən aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada aprel və iyun ayları ərzində işsizlik gözlənilmədən azalıb.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, üç aylıq dövrdə işsizlik 4,2 faizə düşüb.

Proqnozlar işsizliyin 4,4 faizdən 4,5 faizə yüksələcəyi istiqamətində idi.

Bu dövrdə işçilərin bonusları nəzərə alınmadan müntəzəm əmək haqlarının illik artımı 5,4 faiz, bonuslar da daxil olmaqla əmək haqlarının artımı isə 4,5 faiz hesablanıb. Real (inflyasiyaya uyğunlaşdırılmış) əmək haqqının artımı bonuslar istisna olmaqla 2,4 faiz, bonuslar da daxil olmaqla 1,6 faiz təşkil edib.

Digər tərəfdən, iyun ayında əmək bazarındakı mübahisələr, xüsusilə tətillər səbəbiylə 100 min iş günü itkisi reallaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram