Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərədə işsizlik nisbəti yanvar ayında əvvəlki ayla müqayisədə dəyişməz qalıb.
Banco.az xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsinin (ONS) verdiyi açıqlamada ölkədə yanvar ayında işsizlik nisbətinin 3,7 faiz olduğu bildirilib.
2022-ci ilin dekabr ayında da 3,7 faiz olaraq açıqlanan işsizlik nisbətinin yanvar ayında 3,8 faizə yüksələcəyi gözlənilirdi.
ONS bəyanatında qeyd olunub ki, ölkədə əmək bazarında ixtisaslı işçi çatışmazlığı 10 min nəfər azalaraq ümumilikdə 1 milyon 124 min nəfər olub.
Həmçinin bildirilib ki, yanvar ayında ölkədə muzdla işləyənlərin gəlirləri mükafatlar nəzərə alınmadan 6,5 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!