Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada ipoteka faizlərinin artması 7,5 milyon ailəyə təsirsiz ötüşməyəcək.
Banco.az xəbər verir ki, İngiltərədə ipoteka (mənzil krediti) faiz dərəcələrinin sürətlə artacağı və 2026-cı ilə qədər ildə 15,8 milyard funt sterlinq əlavə xərclə 7,5 milyon ailəyə təsir edəcəyi proqnozlaşdırılır.
Britaniyanın “Resolution Foundation” analitik mərkəzinin apardığı təhlilə görə, aprel ayında inflyasiyanın gözləniləndən yüksək olması və maaş artımının davam etməsi ilə İngiltərə Bankının (BoE) faiz artımı dövrünü davam etdircəyi ilə bağlı proqnozlar çoxalıb.
Belə ki, hazırda 4,50 faiz olan uçot dərəcəsinin 2024-cü ilin ortalarında 6 faizə çatacağı proqnozları ilə ipoteka kreditləri üzrə faiz dərəcələri də yüksəlir və bazar sövdələşmələrinə təsirsiz ötüşmür.
İki illik sabit ipoteka üzrə orta faiz dərəcələrinin bu ilin sonuna kimi 6,25%-ə yüksələcəyi və 2027-ci ilin sonuna qədər 4,50%-ə enməyəcəyi proqnozlaşdırılır. Hesablamalara görə, belə yüksək dərəcələr ölkədə mövcud ipoteka böhranını tədricən dərinləşdirəcək və 2026-cı ilə qədər ümumi illik ipoteka ödənişlərinə 15,8 milyard funt sterlinq əlavə xərc gətirəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!