Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniya əhalisi Milad xərclərini azaltmağı düşünür.
Banco.az xəbər verir ki, Böyük Britaniyada yetkin əhalinin dörddə üçü ümumi Milad xərclərini azaltmağı, 49 faizi hədiyyə almağı minimuma endirməyi, 46 faizi çöldə yemək yeməməyi, 35 faizi isə bayramı evdə qeyd etməyi planlaşdırır.
Böyük Britaniyadakı istehlakçılar ötən 2 Milad bayramının pandemiya səbəbindən tətbiq edilən sosial məhdudiyyətlər çərçivəsində qeyd olunmasına baxmayaraq, bu il bayramda çox pul xərcləmək istəmirlər.
Milad xərclərini azaltmağı planlaşdıranların 45 faizi büdcəyə uyğun supermarketlərdən ərzaq almağı düşünürlər. Ölkədə bu yaxınlarda aparılan bir araşdırma göstərir ki, Britaniyadakı ailələr sentyabr ayında keçən ilin eyni ayı ilə müqayisədə 141 funt sterlinq daha az xərcləyiblər.
Bizi sosial şəbəkələrdən izləyin!!