Ingiltərədə inflyasiya səviyyəsi cüzi aşağı düşüb | Banco.az

Ingiltərədə inflyasiya səviyyəsi cüzi aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada illik inflyasiya dekabrda 2,5 faiz təşkil edib.

Banco.az xəbər verir ki, İngiltərə 2024-cü ili 2,5%-lik inflyasiya ilə başa vurub.

Məlumatlara görə, dekabr ayında illik inflyasiya 2,5% təşkil edib. Noyabr ayında illik inflyasiya 2,6% olmuşdu. 

“Bloomberg” nəşrinin sorğusunda dekabr ayı üçün illik inflyasiya göstəricisi ilə bağlı proqnoz da 2,6% səviyyəsində müəyyən edilmişdi.

Məlumatlar aylıq əsasda isə inflyasiyanın əvvəlki aya nisbətən sürətləndiyini göstərib. Belə ki, dekabr ayında aylıq inflyasiya 0,3% təşkil edib. Noyabr ayında aylıq inflyasiya 0,1% olmuşdu. Bu göstərici ilə bağlı proqnoz da 0,4% səviyyəsində idi.

Ən sərfəli kredit üçün müraciət et

Baza inflyasiya tərəfində də illik inflyasiyada olduğu kimi mülayim soyuma müşahidə edilib. Dekabr ayında ölkədə baza inflyasiya 2,5% təşkil edib. Noyabr ayında baza inflyasiya 2,6% olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram