Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərədə inflyasiya mart ayında illik müqayisədə 2,6%-ə düşüb.
Banco.az xəbər verir ki, Böyük Britaniyada inflyasiya azalmağa davam edir.
Mart ayında ölkədə illik inflyasiya 2,6% səviyyəsində qeydə alınıb. Fevral ayında illik inflyasiya 2,8% olmuşdu.
“Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların gözləntisi də mart ayında illik inflyasiyanın 2,7% səviyyəsində olacağı istiqamətində idi.
Mart ayında aylıq inflyasiya da 0,3%-ə qədər enib. Bu göstəriciyə dair proqnoz 0,4% idi.
Ölkədə mart ayında illik əsas (çəkirdek) inflyasiya isə 3,4% səviyyəsində olub və bu, gözləntilərə uyğun şəkildə reallaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!