İngiltərədə inflyasiya ötən ay dəyişməz qalıb | Banco.az

İngiltərədə inflyasiya ötən ay dəyişməz qalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada illik inflyasiya ötən ay dəyişməz qalıb.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsi (ONS) yanvar ayı üzrə inflyasiya göstəricilərini açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə illik inflyasiya yanvar ayında 4 faiz təşkil edib. Ötən ilin dekabrında da ölkədə illik inflyasiya 4 faiz idi.

Yanvarda enerji və ərzaq qiymətlərinin istisna edildiyi baza inflyasiyası illik 5,1 faiz təşkil edib. Dekabrda bu göstərici 5,2 səviyyəsində idi.

Qeyd edək ki, mənzil, xidmət və nəqliyyat sektorlarında qiymət artımları inflyasiyaya yüksələn təsir göstərdiyi halda, mebel, məişət malları, qida və içki qiymətləri alçalan təsir göstərmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et