İngiltərədə inflyasiya 7 aydan sonra ilk dəfə azalıb | Banco.az

İngiltərədə inflyasiya 7 aydan sonra ilk dəfə azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qiymət təzyiqlərinin azalması ilə Böyük Britaniyada inflyasiya yeddi ayda ilk dəfə azalıb.

Banco.az xəbər verir ki, Böyük Britaniya Statistika İdarəsinin məlumatlarına görə, istehlakçı qiymətləri oktyabr ayında 3,6 faiz artıb. Öncəki ay artım tempi 3,8 faiz olmuşdu.

Gözlənti inflyasiyanın 3,5 faizə enəcəyi istiqamətində idi.

Oktyabr göstəricisi mart ayından bəri istehlak qiymətləri indeksində qeydə alınan ilk azalma oldu.

Enerji qiymətlərindəki eniş inflyasiyanın zəifləməsində təsirli rol oynayıb.

İnflyasiya aylıq əsasda proqnozlara uyğun olaraq 0,4 faiz artıb. Çəkirdek inflyasiya isə illik 3,4 faiz təşkil edib, əvvəlki ay bu göstərici 3,5 faiz idi.

Mərkəzi Bankın yaxından izlədiyi xidmət inflyasiyası 4,5 faizə qədər geriləyib.

Göstəricilər İngiltərə Mərkəzi Bankının 18 dekabrda keçiriləcək növbəti iclasında faiz dərəcələrini endirəcəyi gözləntilərini gücləndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram