İngiltərədə inflyasiya 41 ilin pik həddinə çatıb | Banco.az

İngiltərədə inflyasiya 41 ilin pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada oktaybr ayı üzrə inflyasiya proqnozları üstələyib.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, ölkədə istehlak qiymətləri indeksi (CPI) oktyabr ayında aylıq 2 faiz, illik isə 11,1 faiz artıb. 

İngiltərə Bankı (mərkəzi bank) illik inflyasiyanın 10,9 faiz olacağını gözləyirdi. Ekspertlər isə bu göstəricini 10,7 faiz proqnozlaşdırmışdılar.

İnflyasiyanın 41 ilin pik həddinə çatmasına isə enerji sərfiyyatı üzrə ödənişlərin artması təsir göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Nüvə inflyasiyası isə dəyişməyərək 6,5 faiz səviyyəsində qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et