İngiltərədə inflyasiya 2 ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

İngiltərədə inflyasiya 2 ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə inflyasiya oktyabr ayında əvvəlki ilə nisbətən 4,6 faiz artıb.

Banco.az xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsi çərşənbə günü oktyabr ayı üzrə İstehlak Qiymətləri İnflyasiyası (CPI) məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, ölkədə inflyasiya oktyabr ayında əvvəlki ilə nisbətən 4,6 faiz artaraq 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Digər tərəfdən, iki ay arasındakı 2,1 faiz bəndi azalma 1992-ci ildən bəri ən kəskin azalma sayılır.

Qeyd edək ki, oktyabr ayında inflyasiyanın illik 4,7 faiz artacağı gözlənilirdi. CPI ötən ay isə illik 6,7 faiz artmışdı.

Ölkədə ərzaq və enerji qiymətləri nəzərə alınmayan baza inflyasiyası da illik 5,7 faiz təşkil edib. Sentyabrda bu göstərici 6,1 faiz idi.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlanan məlumatlar analitiklərin İngiltərə Bankının (mərkəzi bank) faiz artımını dayandırdığına dair gözləntilərini gücləndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram