İngiltərədə inflyasiya 10 ilin maksimumuna yüksəldi | Banco.az

İngiltərədə inflyasiya 10 ilin maksimumuna yüksəldi

Tamara Mustafayeva, Banco.az

İngiltərədə inflyasiya ötən 10 ilin maksimumuna çatıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə istehlakçı qiymət indeksi oktyabr ayında illik əsasda 4,2% artım göstərib. Bununla da, ölkədə istehlak mallarının qiyməti 2011-ci ilin dekabr ayından bəri müşahidə olunan ən sürətli artım dinamikasına imza atıb.

İngiltərədə inflyasiyanın artım tempi ötən ay da davam edib. Ekspertlər inflyasiyanın 3,9% açıqlanacağını proqnozlaşdırsalar da, bu göstərici 4,2% olub. Ölkədə istehlakçı qiymət indeksi aylıq əsasda da 1,1% artıb. Proqnozlar isə 0,8 faizi işarə edirdi. İllik nüvə inflyasiyası isə 3,4% hesablanıb.

Qeyd edək ki, ötən ay pərakəndə qiymət indeksi də illik əsasda 6%, aylıq əsasda isə 1,1%-lik artımla proqnozları üstələyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram