İngiltərədə həyat dayanmaq üzrədir | Banco.az

İngiltərədə həyat dayanmaq üzrədir

Tamara Mustafayeva, Banco.az

Breksit və pandemiyanın yol açdığı iqtisadi problemlərin öhdəsindən gəlməyə çalışan İngiltərədə həyat iflic olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Böyük Britaniya krallığının tərkib hissəsi olan İngiltərədə pandemiyanın səbəb olduğu tədarük çatışmazlığı ilə yanaşı enerji qiymətlərinin sürətlə bahalaşması bir sıra problemlərə gətirib çıxarıb. Yanacaq doldurma məntəqələrində uzun növbələr yaranıb, bir çox məntəqədə yanacaq qıtlığı başlayıb. Tədarük zəncirində yaranan problemlər marketlərdə piştaxtaların boş qalmasına səbəb olub.

Ötən həftə neft nəhəngi BP-nin ölkədə kifayət qədər yük maşını sürücüsü olmadığı üçün bəzi yanacaq doldurma məntəqələrini müvəqqəti olaraq bağlayacaqlarına dair açıqlamasından sonra avtomobil sürücüləri yanacaq doldurma məntəqələrinə axın edib. Bu da, öz növbəsində məntəqələrin qarşısında uzun növbələr yaranmasına səbəb olub.

"Tesco" supermarketlər şəbəkəsi Milad bayramı ərəfəsində panikaya əsaslanan satınalma riski ilə bağlı xəbərdarlıq edib. Tədarük çatışmazlığı bir çox sektora təsir göstərib ki, "McDonald's", "KFC" və "Nando's" kimi restoranlarda bəzi məhsullar tapılmır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Milad yaxınlaşdığı üçün ölkədə hökm sürən tədarük çatışmazlığına çarə tapmaq məqsədilə xarici ölkələrdən gələcək 5 min yük maşını sürücüsü və 5 min 500 quşçuluq sektoru işçisinə 3 ay müddətli müvəqqəti viza veriləcəyi açıqlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et