İngiltərədə evlərin qiyməti 14 ilin minimumuna qədər ucuzlaşıb | Banco.az

İngiltərədə evlərin qiyməti 14 ilin minimumuna qədər ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyada mənzil qiymətləri ötən ay 2,3 faiz ucuzlaşıb.

Banco.az xəbər verir ki, Böyük Britaniyada evlərin qiyməti bu ilin noyabrında 2,3 faiz ucuzlaşıb ki, bu da 2008-ci il maliyyə böhranından bəri ən böyük aylıq enişdir.

İngilis mənzil krediti maliyyələşdirmə təşkilatı “Halifax” tərəfindən edilən açıqlamada ölkədəki mənzil qiymətlərinin noyabr ayında 2,3 faiz azaldığı, orta hesabla bir evin qiymətinin isə 292 min 406 funt-sterlinqdən 285 min 579 funt-sterlinqə düşdüyü bildirilib.

Noyabr ayına olan statistikaya əsasən, ölkədə mənzil qiymətlərinin illik əsasda 4,7 faiz bahalaşdığının vurğulandığı açıqlamada sözügedən göstəricinin əvvəlki ilin eyni ayında 8,2 faiz səviyyəsində olduğu xatırladılıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Britaniya iqtisadiyyatı bu ilin üçüncü rübündə 0,2 faiz daralmış, İngiltərə Bankı (mərkəzi bank) ölkənin tənəzzülə girdiyini bildirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et