İngiltərədə elektromobil satışları rekord həddə çatıb | Banco.az

İngiltərədə elektromobil satışları rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada elektrik avtomobillərinin satışı bu vaxta qədərki ən yaxşı nəticəyə imza atıb.

Banco.az xəbər verir ki, Britaniya Mühərrikli Vasitə İstehsalçıları Assosiasiyasının (SMMT) mart ayı məlumatlarına görə, ölkədə avtomobil satışları 18,2 faiz artmaqla bu tendensiyanı 8-ci aya çatdırıb.

Ötən ay ümumilikdə 287 min 825 yeni avtomobil satıldığı halda, 2023-cü ilin ilk rübü bu artımla 2019-cu ildən bəri ən güclü performansa malik dövr olub. Sözügedən dövrdə təxminən 2,7 milyard funt-sterlinq dəyərində yarım milyona yaxın avtomobil satılıb.

Ənənəvi yanacaqla işləyən avtomobillər ümumi satışın 56,3 faizini təşkil edib. 

Elektrik avtomobillərinin satışı isə mart ayında aylıq 18,6 faiz artaraq tarixin ən yaxşı nəticəsini göstərib. Belə ki, ötən ay Böyük Britaniyada 46 min 626 elektrik avtomobili satılıb. Elektrik avtomobil bazarının həcmi demək isə olar ki, dəyişməyərək 16,2 faiz hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et