Ingiltərədə bu tarixə qədər tam avtonom avtomobillər yollarda olacaq | Banco.az

Ingiltərədə bu tarixə qədər tam avtonom avtomobillər yollarda olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avtonom avtomobil sənayesi inkişaf etdikcə, yeni hüquqi tənzimləmələrə ehtiyac da artır.

Banco.az xəbər verir ki, Britaniyanın özünü idarə edən (avtonom) avtomobillər üçün aparıcı qaydalar hesab etdiyi Avtomatlaşdırılmış Nəqliyyat vasitələri (AV) Qanunu kralın razılığını aldıqdan sonra artıq rəmiləşib.

Hökumət bəyan edir ki, tam avtonom avtomobillər iki il ərzində, yəni 2026-cı ilə qədər Böyük Britaniya yollarında hərəkətə başlaya bilər.

Qeyd edək ki, digər ölkələr kimi Böyük Britaniya da uzun illərdir ki, sürücüsüz nəqliyyat vasitələrinin ictimai yollarda istifadəsinə icazə verib, lakin yeni texnologiyaların sınaqdan keçirilməsinə icazə istəyən şirkətlərə sərt qaydalar tətbiq edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et