Müəllif - Aida İsaq, Banco.az
İngiltərədə avtomobil istehsalı 2023-cü ilin ilk üç ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 219 min 887 ədədə çatıb.
Banco.az xəbər verir ki, ixrac 6,6 faiz artıb. Birinci rübdə çip və digər komponentlərin tədarükündə yaranan problemlərin aradan qaldırılması ilə əlaqədar ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min 540 ədəd çox avtomobil istehsal edilib. İxrac nisbəti 79 faizdən 79,4 faizə yüksəlib.
Martda ötən ilin eyni ayı müqayisədə 6,1 artaraq 81 min 605 ədədə çatıb. Mart ayında istehsal olunan hər 1000 avtomobildən 754-ü ixrac edilib. 2022-ci ilin mart ayında ixrac nisbəti 72,5 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!