Müəllif: Tamara Mustafayeva, Banco.az
Britaniyanın maliyyə naziri Reyçel Rivz ölkə iqtisadiyyatına 78 milyard funt-sterlinq (97 milyard dollar) töhfə verəcəyi və Avropanın Silikon Vadisi olacağı gözlənilən Oksford-Kembric İnkişaf Dəhlizi planını açıqlayıb.
Banco.az xəbər verir ki, Reyçel Rivz Oksford-Kembric İnkişaf Dəhlizi çərçivəsində yeni addımların atılacağını vurğulayaraq, "Bu şəhərlər dünyanın ən yaxşı universitetlərindən və ən güclü innovasiya klasterlərindən ikisinə ev sahibliyi edir. Region təbiət elmləri, istehsalat və süni intellekt sahələrində dünya miqyasında tanınan elm və texnologiya şirkətləri üçün bir mərkəzdir. Bu bölgə Avropanın 'Silikon Vadisi' olma potensialına malikdir", deyə bildirib.
Dünya səviyyəsində fəaliyyət göstərən şirkətlərin böyümək üçün sürətlə investisiyaya başlaya biləcəyi bir məkana və istedadlı kadrlara ehtiyac duyduğunu qeyd edən Reyçel Rivz bölgənin böyük potensiala malik olduğunu və lazımi infrastruktur yatırımlarının həyata keçiriləcəyini söyləyib.
Nazirliyin açıqlamasında isə Oksford-Kembric İnkişaf Dəhlizi çərçivəsində nəzərdə tutulan investisiyaların ölkə iqtisadiyyatına 78 milyard funt sterlinq töhfə verəcəyi vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!