"İngiltərədə 9,3 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir" | Banco.az

"İngiltərədə 9,3 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir"

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Trussell Foundation” xeyriyyə təşkilatı İngiltərədə 9,3 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, Britaniya xeyriyyə təşkilatı “Trussell Foundation” tərəfindən dərc edilən "Aclıq və Yoxsulluğun Xərcləri" adlı hesabatda ötən 5 ildə ölkədə gəliri aclıq həddindən 25 faiz aşağı olan insanların sayının 1 milyon nəfər artdığı ortaya çıxıb.

Hesabatda ölkədə 9,3 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi qeyd olunub. Bildirilib ki, bu, hər 7 böyükdən 1-nə, hər 5 uşaqdan 1-nə uyğundur.

Hesabatda İngiltərədə 20 il əvvəl aclıq riski altında olan insanların sayının təxminən 6,7 milyon olduğu xatırladılıb və gələn il bu rəqəmin 425 min nəfər artacağı proqnozu verilib.

Ən sərfəli kredit üçün müraciət et

Ən çox risk altında olan yaş qrupunun 24 faizlə 0-4 yaş arası uşaqlar olduğu qeyd olunan hesabatda qaradərili aclığın 28 faiz, ağdərili ailələrdə isə 11 faiz olduğu diqqətə çatdırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et